Vaxt.Az

DTX terrorçu dəstəni ifşa edib


 

Müqavimət göstərən iki terrorçu məhv edilib

DTX terrorçu dəstəni ifşa edib Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət «Xaçmaz camaatı» adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

Qurumdan «Trend»ə verilən məlumata görə, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.

06 mart 2018-ci il tarixdə cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq odlu silahdan atəş açıb silahlı müqavimət göstərib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv edilib.

Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

 





07.03.2018    çap et  çap et