Vaxt.Az

Mehriban Əliyeva ödülləndirildi


 

Birinci vitse-prezidentə beynəlxalq mükafat verildi

Mehriban Əliyeva ödülləndirildi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim olunub. «Trend»in məlumatına görə, mükafat Azərbaycanın paytaxtında keçirilən «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda VI Qlobal Bakı Forumu çərçivəsində verilib.

Qeyd edək ki, martın 15-də Azərbaycanın paytaxtında «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Forumda Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.

 





15.03.2018    çap et  çap et