Vaxt.Az
«Nailiyyətlər göstərir ki, düzgün yoldayıq»
Prezident: «Cümhuriyyətin qurucuları bu gün Azərbaycanı görsələr, fəxr edərdilər»
«Bu gün Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək». APA-nın məlumatına görə, bu sözlər «İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması» mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur. İ.Əliyev bildirib ki, gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək: «Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır».Prezident xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qeyd ediləcək: «İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl
demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə
hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ
verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə
son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin
qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin
qurucuları ilə fəxr edirik».
15.03.2018 çap et