Vaxt.Az

«Terrorçular qaçdılar»


 

Ərdoğan: «Afrin şəhəri tam nəzarətə götürülüb»

«Terrorçular qaçdılar» «Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb».

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını bildirib.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün «Zeytun budağı» əməliyyatına başlayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatına əsasən bu günə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı zamanı 46 hərbçi şəhid olub, 225 nəfər yaralanıb. Bunun qarşılığında 3 min 603 terrorçu zərərsizləşdirilib.

 





18.03.2018    çap et  çap et