Vaxt.az «Trend»ə istinadən xəbər verir ki, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqədə 67 kütləvi informasiya vasitəsinin iştirak etdiyini və 169 yazının daxil olduğunu deyib:
«Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Hər bir istiqamət üzrə birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub».
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın qələm sahibləri vasitəsilə ölkəmizin reallıqları dünyaya çatdırılır:
«Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir. Jurnalistlər arasında özümü çox güclü hesab edirəm. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk».