Vaxt.Az

“... Özbaşına buraxmayacaq”


 

“Rusiya ya Ermənistanı tam işğal edəcək, ya da Sərkisyanı dəyişdirəcək, amma...”

“... Özbaşına buraxmayacaq” Rusiya Ermənistanda qərbmeylli qüvvələrin başlatdığı etiraz hərəkatının hakimiyyət dəyişikliyi ilə nəticələnməsinə yol verə bilməz, çünki Ermənistan Rusiya üçün Cənubi Qafqazda çox mühüm müttəfiqdir.

Virtualaz.org xəbər verir ki, bu sözləri beynəlxalq münasibətlər üzrə ukraynalı ekspert Ruslan Osipenko Ermənistanda davam etməkdə olan etiraz hərəkatını şərh edərkən deyib. Ekspertin fikrincə Rusiya Ermənistanı öz orbitində saxlamaq üçün istənilən ssenariyə əl atmağa hazırdır.

Osipenkonun sözlərinə görə, Moskva Serj Sərkisyanın baş nazir təyin edilməsinə qarşı başlamış etiraz hərəkatını özünün geosiyasi maraqları və hərbi bazası üçün birbaşa təhdid kimi görür. Ona görə də artıq Ermənistanda Ukrayna ssenarisinə yol verməmək üçün tədbirlər üzərində fəal işləyir.

Ekspertə görə hələlik etiraz hərəkatının necə nəticələnəcəyi məlum deyil. Amma indiki situasiyada Ermənistanın Rusiya üçün Cənubi Qafqazda dayaq nöqtəsi rolunu başa düşmək lazımdır. Bu ölkədə Rusiya hərbi bazası var, sərhədlərini FTX qoruyur.

“Ermənistan Rusiya üçün Azərbaycana, Türkiyəyə, İrana təsir üçün geosiyasi alətdir Bundan çıxış edərək Rusiya erməni xalqının istəyinə baxmayaraq Ermənistanı itirə bilməz. Ona görə də Yerevanı iki ssenari gözləyir: ya Rusiya Ermənistanı tam işğal edəcək və böyük müharibə başladacaq, ya da yerli elitalarla kompromisə gedib Sərkisyanı daha neytral namizədlə əvəzləyəcək. Ancaq heç bir halda Ermənistanı özbaşına buraxmayacaq”, - Osipenko bildirib.

 





20.04.2018    çap et  çap et