Vaxt.Az

“Silahlı münaqişə riski...”


 

Lavrov ABŞ-Rusiya münasibətlərindən danışdı: “Tramp Putini Ağ Evə dəvət edib”

“Silahlı münaqişə riski...” Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyət, ABŞ-Rusiya arasındakı münasibətlərlə bağlı açıqlama verib. O, əminliklə ABŞ ilə Rusiya arasındakı münasibətlərin silahlı münaqişə həddinə çatmayacağını söyləyib:

“Rusiya ilə ABŞ arasında silahlı münaqişə riski barədə danışsaq, Vladimir Putin və ABŞ prezidenti Donald Trampın buna icazə verməyəcəyinə əminəm. Putin və Tramp xalqları tərəfindən seçilən liderlərdir. Onların xalqın rahatlığına görə məsuliyyət daşıyırlar”.

Daha sonra XİN rəhbəri Putin-Tramp görüşündən danışıb. Lavrovun sözlərinə görə, Rusiya prezidenti amerikalı həmkarı ilə görüşə hazırdır. Nazir bildirib ki, son telefon danışığında Donald Tramp Putini ABŞ-a dəvət edib.

“Prezident Putin görüşə hazırdır. Hələlik görüş barədə razılıq yoxdur amma əgər olsa, sizə mütləq məlumat veriləcək. Heç kəsə sirr deyil ki, sonuncu telefon danışığı zamanı Tramp Putini Ağ Evə dəvət edib və onu görməkdən şad olacağını söyləmişdi”.

 





20.04.2018    çap et  çap et