Vaxt.Az

Generallar Bakıda razılığa gəldilər


 

NATO bəyanat yaydı

Generallar Bakıda razılığa gəldilər NATO-nun Avropada Müttəfiq Silahlı Qüvvələrinin Ali baş komandanı, general Körtis M. Skaparrotti və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və müdafiə nazirinin birinci müavini, general Valeri Gerasimov 19 apreldə Bakıda görüşüblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, NATO bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, iki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır.

“Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılıb. Bu təkbətək görüş hərbçilər arasında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir”, - deyə bəyanatda bildirilib.

Qeyd olunub ki, bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Hərbi Komitəsinin sədri, general Petr Pavelin Valeri Gerasimovla Bakıdakı şəhərində görüşünün ardınca baş verib.

“General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəliblər”, - deyə bildirilib.

 





20.04.2018    çap et  çap et