Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib. Ə. Amaşov qeyd edib ki, hesabatda informasiya əldə etməklə bağlı məlumatların yer almaması təəssüfləndiricidir:
“Hesabatda müvəkkilin informasiya əldə etməklə bağlı bölmə yoxdur. Bununla bağlı ümumi xarakterli köhnə məlumatlar yer alıb. Nazirlər Kabinetində informasiya əldə etməklə bağlı ştat və maliyyənin ayrılması ilə əlaqədar müraciət olunub. Amma nədənsə, müraciət boş qalır. Məsələyə parlament səviyyəsində münasibət bildirilməlidir”.