Vaxt.Az

Yeni nazir Muxtar Babayev kimdir?


 

MDU-nun məzunu, MM-in üzvü, ...

Yeni nazir Muxtar Babayev kimdir? Bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini formalaşdırıb. Yenicag.az bildirir ki, sərəncama əsasən Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Buna qədər “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri olan Babayev, eyni zamanda millət vəkili statusunu daşıyırdı. Ancaq maraqlıdır ki, deputat olduğu müddət ərzində Muxtar Babayevin Milli Məclisdən səsi gəlməyib. Ümumiyyətlə, səssiz rejimə keçən Babayev müsahibələrinin birində danışmamasının səbəbini MM-də yeni olması ilə əlaqələndirmişdi. Lakin zaman keçsə də, Muxtar Babayev nə mətbuatda, nə də parlamentdə hansısa məsələyə münasibət bildirib. Media nümayəndələri arasında keçirilən sorğularda da Babayev çoxları üçün sirli qutu kimi qalıb.

Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri təyin olunub. O, eyni zamanda “Sumqayıt” futbol klubunda da Müşahidə Şurasının üzvüdür.

 





24.04.2018    çap et  çap et