2018-2020-ci illər üzrə təsdiqlənən biznes-plan çərçivəsində 900 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur: “Bank ortamüddətli dövr üçün ticarət, kiçik və orta biznes, infrastrukturun inkişafı sahəsində layihələri maliyyələşdirməyi planlaşdırır.
Bundan əlavə, iqtisadiyyatın inklüziv inkişafını təşviq etmək məqsədilə müxtəlif sahələrdə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmağı düşünürük”.
Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. Bu günədək AİB Azərbaycana kreditlər, qrantlar və texniki yardım formasında 4,61 milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.