Vaxt.Az

Neft yenə də bahalaşır


 

Qara qızıl 4 il əvvəlki qiymətlərə qayıdır

Neft yenə də bahalaşır Azərbaycan neftinin qiyməti 75 dolları keçib. “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,29 dollar və ya 0,39 faiz artaraq 75,25 dollar təşkil edib.

Orta Şərqdə geosiyasi gərginliyin artması və ABŞ-da xam neft ehtiyatlarının düşəcəyinin gözlənməsi ilə neft qiymətləri yüksəlişini davam etdirib. Neft Nyu-Yorkda 0.7 faizə qədər yüksəlib.

Səudiyyə Ərəbistanının, Yəməndə İranın dəstəklədiyi Husilərin atdığı balistik raketləri salması və Husilərin önəmli liderlərindən birinin öldürülməsinin ardından neft qiymətləri 2014-cü ilin dekabr ayından bu yana ən yüksək səviyyəsində bağlanıb.

ABŞ-da cümə axşamı günü açıqlanacaq rəsmi məlumatların xam neft ehtiyatlarının ötən həftə 2.25 milyon barrel düşdüyünü göstərməsi gözlənilir.

Dünya neftinin yarısına ev sahibliyi edən Orta Şərqdə gərginliyin yüksəlməsi hasilat problemlərinə səbəb ola bilər.

Digər tərəfdən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları qlobal təklif artıqlığını demək olar ki, aradan qaldırıblar.

Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas neftinin (“WTI”) qiyməti “Nymex” birjasında 45 sent yüksələrək bareli 69.09 dollara, “Brent” nefti “ICE Futures Europe” birjasında 0.9 faiz bahalaşaraq 74.90 dollara çatıb.

 





24.04.2018    çap et  çap et