Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, çıxışında Rusiya liberal-demokratlarının lideri deyib: “Mən Tiflisdən keçməklə İrəvan-Moskva qatarına minməyə macal tapmaq istərdim. Sürətli qatar olsun – 20 saata İrəvandan Moskvaya çatsın”.
Aksiya iştirakçıları yerlərindən qışqırmağa başlayıblar ki, metro xətti çəkilsin. “Metro? Hə, olsun metro. İrəvan-Moskva metrosu. Alimlərimiz bunu edə bilər. Siz də sağ olun, ruslar da sağ olsun ki, hər zaman – artıq yüz illərdir erməniləri dəstəkləyirlər. Ruslar və ermənilər birlikdədir”, - Vladimir Jirinovski bildirib.