Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, yerli telekanala müsahibəsində V.Yanukoviç deyib ki, ölkənin federallaşması ilə bağlı söhbətlər çoxdandır hakimiyyətin dəhlizlərində dolaşır, amma nə bunun zamanıdır, nə də ki aktualdır. Bununla belə, V.Yanukoviç federallaşam ilə bağlı Almaniya təcrübəsini misal çəkərək bildirib ki, Almaniyanın timsalında bəzən federallaşma ölkənin inkişafında çox müsbət nəticə verir.
Prezidentin sözlərinə görə, bu məsələni öyrənmək lazımdır: «Bununla bağlı işi diskussiyalarla aparmaq olar, ya yox. Belə taleyüklü məsələləri emosiyalarla həll etmək olmaz. Belə məsələləri ciddi müzakirə etmək lazımdır. İndiki zamanda dövləti qorumaq lazımdır. Hamımız övladlarımızın gələcəyi ilə bağlı məsuliyyəti dərk edərək səbir nümayiş etdirməliyik».