“Ən birinci yarışdan buradayam, iştirak etmək üçün üçündü dəfə gəlirəm. Deyərdim ki, hər şey iki il əvvəl olduğu kimi yüksək səviyyədədir. Təşkilatçılar trassı tez və keyfiyyətli təşkil etməyi bacarırlar”, - deyə Markelov bildirib.
Onun sözlərinə görə, Bakı trassı başqalarından özünün ab-havası və sürətli döngələri ilə fərqlənir: “İçərişəhərdə döngələr kifayət qədər dardır, özünəməxsusdur. Belələrinə başqa ölkələrdə rast gəlmək mümkün deyil. Lakin onlara artıq öyrəşmişik, trassdan nə gözləmək lazım olduğunu bilirik”.