Vaxt.Az

Paşinyan ultimatum verdi


 

Müxalifətçi erməniləri total itaətsizliyə və etiraz aksiyalarının bərpasına çağırdı

Paşinyan ultimatum verdi Ermənistan müxalifətinin lideri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində canlı yayımda baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın növbədənkənar parlament seçkiləri barədə bəyanatını şərh edib.

“Sputnik” xəbər verir ki, Paşinyanın sözlərinə görə, Respublikaçılar Partiyası iqtidarda qaldığı şəraitdə növbədənkənar seçkilərin nəticələri şübhə doğurmur və misal kimi parlamentə ötənilki seçkiləri göstərib.

“İndi aydındır ki, ERP və ələlxüsus, Karapetyan düşünürlər ki, vətəndaşlar Sərkisyanın istefası ilə qane olacaqlar və gələcəkdə hakimiyyəti qoruyub saxlamaq barədə düşünmək zamanıdır. Bu vəziyyətdə biz mövqeyimizi aydın bildirməliyik: bu cür ssenari inqilabın planına uyğun gələ bilməz”, - Paşinyan deyib.

Müxalifətçi total itaətsizliyə və etiraz aksiyalarının bərpasına çağırıb. Respublikaçıların növbədənkənar seçki keçirəcəyi təqdirdə isə seçki məntəqələrinin bloklanmasının zəruriliyini bildirib.

Bu gün yerli vaxtla saat 11:00-da Paşinyan müxalifətin növbəti mitinqini keçirəcək.

 





25.04.2018    çap et  çap et