Rusiya qoşunları Qafqazı tərk etməlidir. APA-nın «Georgia Online» agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ceymstaun Fondunda «Rusiya və Şimali Qafqaz Olimpiadadan sonra» mövzusunda keçirilən konfransda çıxış edən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.Sabiq prezident bildirib ki, gələcəkdə Rusiya Qafqazı mütləq tərk etməyə məcbur olacaq: «Bizim mövqeyimiz konkretdir. Rusiya qoşunları gec-tez həm Cənubi, həm də Şimali Qafqazdan getməlidir».
çap et