Vaxt.Az

Prezident TBMM sədri ilə görüşdü


 

İlham Əliyev: “Dünyada belə münasibətləri olan başqa iki dövlət yoxdur”

Prezident TBMM sədri ilə görüşdü Aprelin 25-də Ankarada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla (İsmail Kahraman) görüşüb.

“Ahaber”in bildirdiyinə görə, görüşdə iki ölkə arasındakı əlaqələr müzakirə olunub.

Prezident İlham Əliyev deyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir: “Dünyada belə münasibətləri olan başqa iki dövlət yoxdur. Türkiyə və Azərbaycan bu gün həm ikitərəfli, həm də çox tərəfli formatda əməkdaşlıq edir”.

 





25.04.2018    çap et  çap et