Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, söz alaraq çıxış edən CHP başqanının müavini Bülent Tezcan rüşvət mövzusunda hökuməti tənqid edib. Vaxtının başa çatmasına baxmayaraq tribunadan enməyən Tezcanı xəbərdar ediblər. Yenə də çıxışına davam edən vəkilə AKP millət vəkilləri qarşı çıxıb. Etirazlara əhəmiyyət verməyən Tezcan tribunada qalmağa davam edib.
AKP millət vəkili Bayram Özçelik Tezcanın yanına gedib. Aralarındakı mübahisədən sonra Özçelik Tezcana yumruq vurub. Bu zərbədən sonra məclis qarışıb. Dava 5 dəqiqə davam edib.