Vaxt.Az

Türkiyəyə satılacaq “S-400”lərin istehsalı başlanılıb


 

Ankara Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər

Türkiyəyə satılacaq “S-400”lərin istehsalı başlanılıb Rusiya müqavilə əsasında Türkiyəyə çatdırılacaq “S-400” zenit raket komplekslərinin istehsalına başlayıb.

“Ria Novosti” xəbər verir ki, bu barədə “Rosoboronaeksport”un rəhbəri Aleksandr Mixeyev mətbuata açıqlama verib.

“Biz müqavilənin icrasına başlamışıq. İstehsal başlanılıb. Orada dövrlər, mərhələlər var. Hər şey razılaşdırılıb. Öz öhdəliklərimizi yerinə yetirəcəyik”, – Mixeyev bildirib.

Xatırladaq ki, Rusiyadan “S-400” komplekslərinin alınması Türkiyə üçün sanksiyalarla nəticələnə bilər. Ekspertlərin fikrincə, bu yaxınlarda Türkiyə banklarının ABŞ-dan öz aktivlərini çıxarması da buna hesablanıb.

 





25.04.2018    çap et  çap et