Vaxt.Az

“Fed bu il 4 dəfə faiz artıra bilər”


 

İqtisadçılar gələn həftə olacaq toplantıdan yüksəliş gözləmir

“Fed bu il 4 dəfə faiz artıra bilər” “Marketwatch”da yer alan məqaləyə görə, bir çox iqtisadçı ABŞ-da güclü olan iqtisadi artıma görə, Federal Ehtiyat Sisteminin (“Fed”) bu il 4 dəfə faiz artıracağını gözləyir.

Dünən ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, ölkədə ümumi daxili məhsul (ÜDM) 2.3 faiz artıb. ABŞ iqtisadiyyatı 2018-in ilk rübündə gözləntilərin (proqnozların) üzərində inkişaf edib.

Fikir bildirən iqtisadçılara görə, cümə günü açıqlanan ABŞ-da artım göstəricisi inflyasiya üzərində təzyiqlərin artdığını göstərir və bu səbəbdən “Fed”in bu il 4 dəfə faiz artımı qərarı verəcəkdir.

“Capital Economics”in iqtisadçısı Pol Aşvorz (Paul Ashworth), “İnflyasiya göstəricisi xəbərdaredici oldu. Hər kəs 4 faiz artımı ediləcəyini düşünür. Ancaq çərşənbə günü sona çatacaq “Fed”in 2 günlük iclasında faiz artımı qərarı veriləcəyini düşünmürəm” deyib.

“Pantheon Macroeconomics”in baş iqtisadçısı Yan Şeferdson (İan Shepherdson), “Hazırda burada həyəcan verən bir şey yoxdur. Lakin iqtisadi artım göstəricisi bizim 4 dəfə faiz artırılacağı proqnozumuzu dəstəklədi” deyib.

“Raymond James”in baş iqtisadçısı Skott Braun (Scott Brown) isə “Fed”in hər rübdə 0.25 faiz artıracağını qeyd edib. 

 





28.04.2018    çap et  çap et