Vaxt.Az
Zakir Həsənov Çinin “CETC İnternational”da olub
Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi avadanliqlar maraqlanıb
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETC İnternational” şirkətini ziyarət edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin
arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı
döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin
və elektron avadanlığın istehsalı ilə məşhurdur.
Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETC
İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.
28.04.2018 çap et