“Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşlərdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən ilk yürüşdə “Carlin” komandasının braziliyalı pilotu Serjiu Sette Kamara bütün rəqiblərini qabaqlayıb. O, 1 dəqiqə 54,136 saniyə göstərici ilə birinci yeri tutub. İkinci ən yaxşı nəticə “Campos Vexatec Racing”in italiyalı pilotu Luka Qyottoya, üçüncü nəticə isə “MP Motorsport”un pilotu Ralf Boşunqa məxsusdur.
Sıralanma turunda isə “Dams” komandasının 22 yaşlı pilotu Aleksander Olbon 1 dəqiqə 54,48 saniyəlik nəticə ilə rəqibləri üçün əlçatmaz olub. “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.
Aprelin 29-da 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.