Paşinyan qeyd edib ki, sabah vətəndaş itaətsizliyi aksiyalarına fasilə veriləcək. “Respublikaçı deputatları bu andan etibarən telefonla əlaqə yaratmağı kəsməyə və şərtlər irəli sürməyi dayandırmağa çağırıram. İlkin razılığa görə, sabah onlarla baş nazir postuna namizəd qismində görüşəcəyim ki, gündəliyin son variantını müzakirə edək”, - müxalifətin lideri deyib.
Sabah saat 17:00-da Paşinyan “Qaregin Njde” meydanında olacaq. “Buradan biz Respublika meydanına gedəcəyik və mən sizə danışıqların nəticələri barədə danışacağam. Bundan sonra necə hərəkət edəcəyimiz haqqında qərar verəcəyik”. O deyib ki, mayın 1-də saat 8:00-da Respublika meydanında toplaşırıq. “Mən baş nazir kimi məsuliyyəti öz üzərimə götürə bilərəm, çünki Ermənistana, erməni xalqına və Artsaxa xidmət edirəm”, - Paşinyan bildirib.
***
19:32
İrəvanın mərkəzindəki Respublika meydanında Nikol Paşinyanın rəhbərliyi altında izdihamlı mitinq başlayıb.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, mitinqə toplaşanlar əllərində Ermənistan dövlət bayraqlarını dalğalandırırlar.
Mitinqdə polis əməkdaşlarının çox olmadığı və onların, sadəcə olaraq, baş verənləri müşahidə etdikləri bildirilir.