O, artıq 12 ildir Formula 1 yarışlarını izlədiyini bildirib: “Bir çox ölkələrdə yarış trasının keyfiyyəti biletlərin qiymətinə uyğun deyil. Belə olan halda böyük pula rəğmən yarışdan daha az zövq alırsan. Bu mənada Bakı trası tamamilə istisnadır”.
U.Şmidt qeyd edib ki, təşkilatçılar yarışın yüksək səviyyədə keçirilməsi üçün böyük səy göstəriblər:
“Bura həqiqətən də xoşuma gəlir. Hotel də gözəldir. Hər şey çox yaxşıdır. Bakının ictimai nəqliyyatı isə idealdır”.