Hakim “Respublika” partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan digər qüvvələr vahid namizədlə çıxış edərsə buna maneə törətməyəcəyini bildirib. Hakim partiya mayın 1-də keçiriləcək seçkilərdə namizəd irəli sürməyəcəklərini bildirib.
“Daşnaksütyun” Paşinyanın namizədliyini irəli sürməyi planlaşdırır, “Sarukyan Fraksiyası isə “xalqın namizədi”ni dəstəklədiyini bildirib.
Xatırladaq ki, etirazçıların lideri Nikol Paşinyan dünən keçirdiyi mitinqdə aprelin 30-da parlament qüvvələri ilə görüşlər keçirəcəyini bildirib.
Paşinyanın həmçinin hakim “Respublika” partiyası ilə də görüş keçirəcək.
O görüşlərdən sonra “xalqın nümayəndəsinin”, yəni özünün baş nazir seçiləcəyinə zəmanət aldığını xalqa çatdıra biləcəyini qeyd edib.
Qeyd edək ki, parlamentdə “Respublikaçılar”ın 58, “Tsarukyan” fraksiyasının 31, “Çıxış” fraksiyasının 9, “Daşnaksütyun”un isə 7 mandatı var. Baş nazirin seçilməsi üçün isə 53 səs lazımdır.