Vaxt.Az

Azərbaycan kreditdən imtina etdi


 

Xərclərin yarıdan çoxunu Neft Fondu odəyəcək

Azərbaycan kreditdən imtina etdi Azərbaycan qazını Avropaya daşıyacaq Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP) layihəsinin icrası üçün heç bir ölkədən kredit alınmayacaq.

AzVision.az-ın məlumatına görə, 12 milyard dollara başa gələcək TANAP-ın təxminən 7 milyar dollarını Azərbaycan Dövlət Neft Fondu öz üzərinə götürüb. Yerdə qalan 5 milyardın təxminən 3-4 milyard dollarını Türkiyənin BOTAŞ şirkəti, 1-2 milyard dollarını isə BP şirkəti ödəyəcək. 

SOCAR-ın Türkiyədəki rəhbərinin müavini Samir Kazımlı mətbuata açıqlamasında bildirib ki, Azərbaycan bu layihə ilə bağlı kredit almaq istəmir, buna görə də dövlətlər öz qaynaqlarından istifadə edəcəklər.

 





15.02.2014    çap et  çap et