“Nikol Paşinyan Ermənistanın baş naziri olmalıdır”. Bunu Rusiyada fəaliyyət göstərən “Nyus Media” holdinqin erməni əsilli rəhbəri Aram Qabrelyanov deyib.“Ermənistan parlamentinin iclası başlayıb. Mən klounun seçilməsinin tərəfdarıyam. Bir və ya iki il sonra gürcülər kimi diz çöküb, ölkəyə nizamın gətirilməsi üçün yalvaracağıq”, - o bildirib.
Qeyd edək ki, Qabrelyanov “Nyu media” holdinqinin sahibidir. O həmçinin 2011-ci ildən “İzvestiya” qəzetinin direktorlar şurasının sədridir.
çap et