Vaxt.Az

94 min əcnəbi azarkeş gəlib


 

“Formula 1”ə görə Bakıya gələnlərin sayı 31 faiz artıb

94 min əcnəbi azarkeş gəlib Aprelin 29-da başa çatan “Formula 1” Azərbaycan Qran Prisinə baxmağa 94 min azarkeş gəlib. Bu barədə “Formula 1”in mətbuat xidmətinin “Twitter”dəki səhifəsində qeyd olunub.

Belə olan halda Qran Priyə görə Bakıya gələnlərin sayı ötən illə müqayisədə 31 faiz artıb.

Xatırladaq ki, keçən il Bakıda keçirilmiş “Formula 1” yarışına 71 451 tamaşaçı gəlmişdi.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda keçirilən 2018 “Formula 1” dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisinin qalibi “Mercedes” komandasının pilotu Lyuis Hamilton olub.

 





01.05.2018    çap et  çap et