Ermənistanın baş naziri vəzifəsinə “Mənim Addımım” Hərəkatının sədri, parlamentdəki “Çıxış” deputat fraksiyasının rəhbəri Nikol Paşinyan yeganə namizəd olub.
İclasda 105 deputatdan 102-si iştirak edib. Ancaq Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublikaçılar Partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxıb. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir.
Qeyd edək ki, parlamentdə deputat fraksiyası olan Respublikaçılar Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb.