Vaxt.Az

“Qaçqınkom”a yeni mətbuat katibi


 

AzTV-nin keşmiş əməkdaşı komitəyə departament rəhbəri getdi

“Qaçqınkom”a yeni mətbuat katibi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatı olub. Bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, İbrahim Mirzəyev qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru təyin edilib.

1980-cı il təvəllüdlü İbrahim Mirzəyev əvvəllər müxtəlif mətbuat orqanlarında, o cümlədən AzTv-də işləyib.

Qeyd edək ki, Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov işdən çıxarılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı ölkə başçısının imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 





01.05.2018    çap et  çap et