FED qərarını Bakı vaxtı ilə 22:00-da ictimaiyyətə elan edəcək.
İqtisadçılar FED-in faiz artıracağını proqnozlaşdırmırlar. Hesab olunur ki, FED faizi 1,75 faizdə saxlayacaq. Bankın faizi iyun toplantısında artıracağı gözlənilir.
Buna əsas kimi, adətən mətbuat konfransı keçirilməyən zaman faiz artırılmır. Bu gün də iclasdan sonra mətbuat konfransının təşkil olunması gözlənilmir.
Buna baxmayaraq, iqtisadçılar FED-in iclasdan sonra yayacağı açıqlamada bazara verəcəyi mesajlar diqqətlə izləyirlər. Faizlərin artırılmayacağı ilə proqnozlar verilsə də, bu FED-in iclası ərəfəsində dolların mühüm valyutalar qarşısında dəyər qazanmasına mane ola bilməyib.