Qızğın mübarizə ilə başlayan final günü “Force India” komandasının pilotu Esteban Okon ilə “Williams” komandasının pilotu Sergey Sirotkinin elə birinci döngədəcə yarışı tərk etmələri, “McLaren” komandasının pilotu Fernando Alonsonun diski asfalta sürtünərək iki təkərlə özünü paddoka çatdıraraq əzmkar mübarizəsi, “Red Bull” komandasının pilotları Daniel Rikkiardo ilə Maks Ferstappenin arasında yarış boyu bir neçə dəfə bir-birini ötmə cəhdləri və gərgin mübarizədən sonra, nəhayət, qəza nəticəsində hər iki pilotun yarışı yarımçıq başa vurması, bundan sonra yaranmış fasilə vaxtı isinmə hərəkətləri edən zaman “Haas”ın pilotu Roman Qrajanın getdiyi yerdə idarəetməni itirərək bolidi təhlükəsizlik divarına çırpması, yarışın favoriti hesab edilən “Ferrari”nin pilotu Sebastyan Fettelin geri düşməsi və nəticədə hamının “Mercedes”in pilotu Valtteri Bottasın qələbə qazanacağını gözlədiyi halda onun komanda yoldaşı, britaniyalı Luis Hamiltonun gözlənilmədən qalib gəlməsi, finişə 20 pilotdan cəmi 13-nün çatması “Formula 1” azarkeşlərinə həyəcanlı anlar yaşadıb.
Bununla yanaşı, Azərbaycan Qran Prisi bəzi digər maraqlı faktları ilə də yadda qalıb. İndi həmin məqamları sizə təqdim edirik:
Təsnifat mərhələsi
Almaniyalı pilot Sebaystan Fettelin qazandığı poul onun üçün mövsümdə 3-cü, karyerasında isə 53-cü oldu.
İlk sıradan start saylarına görə (87) o, məşhur pilot Ayrton Sennaya çatıb.
Bakı trası Fettel üçün pouldan start götürdüyü 23-cü, yarışa ilk sıradan başladığı 26-cı oldu.
Fettel Felipe Massadan sonra (2007-ci ildə Malayziya, Bəhreyn, İspaniya) "Ferrari"nin ilk pilotu oldu ki, ardıcıl 3 poul qazandı.
Bakıda trası “Ferrari üçün” heç olmasa, bir poulun olduğu 49-cu oldu.
Təsnifatda ikinci olan Luis Hamilton 120-ci dəfə ilk sıradan start götürdü. Britaniyalı bu göstərici ilə absolyut liderdir.
Artıq ardıcıl üçüncü yarış idi ki, Valtteri Bottas 3-cü start götürürdü.
Raykkonen üçün təsnifatda 6-cı yer 2016-cı il Meksika Qran Prisindən sonra ən pis nəticə idi. Ötən il o, Yaponiyada 10-cu start götürmüşdü, amma bu, ötürmə qutusunun dəyişməsinə verilən cəriməyə görə olmuşdu.
Final yarışı
Bakıda qalibiyyət Luis Hamiltonun 6 ay əvvəl ötən il ABŞ Qran Prisindən sonra ilk, karyerasında isə 63-cü qələbəsi idi.
Luis Hamilton “Formula 1”dəki 2007-2018-ci illərdə karyerasının ilk 12 mövsümünün hamısında qələbə qazanmış yeganə pilotdur.
Bakıdakı qələbə Hamiltona ona Qran prilərdə qələbələrin sayını əfsanəvi Mixael Şumaxerlə bərabərləşdirməyə imkan verdi. Hər ikisi karyerası ərzində Qran Prilərdə 22 qələbə qazanıb.
Qələbə qazandığı trasların sayına görə Hamilton tam lider idi, indi isə o mövqeyini 25 müxtəlif trasla daha da möhkəmləndirdi.
İndi onun hesabında dünya çempionatının builki təqviminə daxil edilmiş bütün traslarda həm qələbə, həm də poullar var.
Karyerası ərzində 120 dəfə ilk sıradan start götürən Hamilton 120-ci dəfə podiuma çıxdı.
Finişə ikinci gəlməklə fin Kimi Raykkonen karyerası ərzində 29-cu trasda podiuma qalxdı, bununla da məşhur Alen Prostun nəticəsini təkrarladı. Ümumiyyətlə isə bu Kiminin karyerası ərzində 94-cü podiumu idi.
Serxio Peres finişə üçüncü gəlməklə Pedro Rodriqesi üstələyib 8-ci dəfə podiuma qalxan ilk meksikalı oldu.
Finişə altıncı çatan Şarl Lekler 1950-ci ildə Monakoda yarışı 3-cü yerdə bitirmiş Lui Şirondan sonra “Formula 1”də xal qazanan ikinci monakolu pilot oldu.
Brendon Hartli 10-cu yerdə finişə gəlməklə 1976-cı ildə İspaniyada yarışı 5-ci yerdə bitimiş Kris Mondan sonra xal qazanan ilk yeni zelandiyalı oldu.
Valtteri Bottasın isə son saniyələrdə təkərin partlaması nəticəsində finişə çata bilməməklə ardıcıl 18 Qran Pridəki uğurlu nəticələr seriyası da qırıldı.
Yekun
Ötən il Bakıda keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilin yarışı seçildiyindən bu il ölkəmizdə Qran Priyə maraq həddən artıq çox idi. Əminəm ki, budəfəki Azərbaycan Qran Prisi də 2018-ci ilin ən möhtəşəm, yaddaqalan yarışı olacaq və bundan sonra Bakı Şəhər Halqası avtoidman, xüsusilə “Formula 1” azarkeşləri üçün ən sevimli və cəlbedici traslardan olacaq.