Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov bir müddət əvvəl - 20 iyul 2017-ci ildə vəfat edib və bu günə kimi onun yerinə təyinat olmayıb.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır.
Merin kimliyi isə hamının marağını özünə cəlb edib. Əksəriyyət bu postda görmək istədiyi şəxslərin adını sadalamaqla fərqli müzakirələr açır.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova Modern.az-a açıqlamasında hələlik qurumun da gözləmə mövqeyində olduğunu vurğulayıb:
“Bütün diqqətimiz cənab Prezidentə yönəlib. Onun imzalayacağı sərəncamı gözləyirik. Bizdə yeni başçının kim olacağına dair hər hansı təsəvvür yoxdur. Hər halda, yeni merimizin kimliyini hamımız birlikdə biləcəyik”.