Vaxt.Az

“Bu yolla hakimiyyətə gəlmək olmaz”


 

Moskva İrəvana xəbərdarlıq etdi

“Bu yolla hakimiyyətə gəlmək olmaz” “Ermənistandaki siyasi böhranın güc yolu ilə həllinə cəhd yeni baş nazir nazirin legitimliyini şübhə altına alacaq”.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə Federasiya Şurasının Beynəlxalq Əlaqələr üzrə Komitə sədrinin müavini Vladimir Cabarov deyib.

“Bu yolla hakimiyyətə gəlmək olmaz. Çünki baş nazirin legitimliyinə suallar doğuracaq”.

Komitə sədrinin müavini ölkədəki situasiyanı təhlükəli adlandırıb.

“Təəssüf ki, prezident formasından parlament formasına keçid bu qədər ağrılı keçdi. Deməli heç də hər şey sonuna qədər düşünülməmişdi. Görünən odur ki, situasiya hansısa anda əldən buraxılıb”.

Vladimir Cabarov təcili parlament seçkilərinin keçirilməsinin vacibliyindən danışıb.

 





02.05.2018    çap et  çap et