Vaxt.Az

Hər il 7 milyon insanı öldürür


 

Ekoloji fəlakətin fəsadları çox ağırdır

Hər il 7 milyon insanı öldürür “Hər il dünyada havanın çirklənməsi 7 milyon insanın ölümünə səbəb olur”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının illik hesabatında deyilir.

Təşkilatın açıqlamasına görə, 7 milyon insanın 21 faizi pnevmoniyadan, 34 faizi ürəyin işemik xəstəliklərindən, 20 faizi qəfil ölümdən, 19 faizi ağ ciyərin xroniki xəstəliklərindən və 7 faizi isə ürək çatışmazlığından dünyasını dəyişir.

Havanın çirklənməsi ilə bağlı ölüm riski qrupuna uşaqlar, evdar qadınlar və açıq havada işləyənlər daxildir.

Təşkilatın hesablamalarına görə, 7 milyon insandan 4,2 milyonu çirklənməyə məruz qalmış ərazidə, 3,8 milyon insan isə zəhərli toksik yağların ayrıldığı məkanlarda nəfəs aldığı üçün ölür.

 





02.05.2018    çap et  çap et