Bu məqsədlə dünən gecə saatlarından başlayaraq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən 538-ci motoatıcı briqada və 18-ci motoatıcı diviziyanın bölmələri Kəlbəcər-Vardenis-Sevan-İrəvan və Cəbrayıl-Gorus-Vedi-İrəvan marşurutları üzrə Ermənistan istiqamətində hərəkət edir.
Bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin əhaliyə ölkə ərazisində hərbi daşınmaların maneəsiz hərəkətinin təmin edilməsi barədə etdiyi müraciətə baxmayaraq, İrəvan şəhərinə Kanaker, Nubaraşen və Eçmiadzin istiqamətlərindən daxil olan yollarda girişlər etirazçılar tərəfindən bağlı saxlanılır.
Eyni zamanda Ermənistan hakimiyyəti tərəfindən ölkədəki internet provayderləri və mobil rabitə operatorlarının fəaliyyətinə də məhdudiyyət qoyulub. (ordu.az)