İnkişaf etmiş və inkişaf edən bazarlarda 30-40 faizlik bir geriləmənin məntiqi olduğunu qeyd edən Mobius “Buna hazır olmağımız lazımdır” deyib. Mobius ABŞ-dakı öküz bazarını geriləmə üçün əsas göstərib.
Ekspert “Güman edirəm faizlərdə davam edən artım katalizator olacaqdır. FED bu istiqamətdə gedir. FED-in ardınca digərləri də bu istiqamətdə irəliləmək məcburiyyətindədir”, - deyib.
Siyasi dəyişikliklərin də bazarlara təsir göstərdiyini qeyd edən Mobius, “hər hansı bir hadisə hərəkətverici ola bilər, ancaq ən əhəmiyyətlisi budur ki, uzun müddətin “öküz bazarı” geriləmə tələb edir” ifadəsini istifadə edib.
İnkişaf edən bazarların uzun perspektivdə yaxşı performans göstərəcəyini proqnozlaşdıran Mobius “ancaq qısa müddətli geriləmələr dramatik ola bilər” deyib.