Modern.az xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.
Məlumata görə, ölkənin prezidenti Petro Poroşenko XİN rəhbərinə Ukrayna nümayəndələrinin MBD orqanlarından geri çağırılması haqqında sənəd hazırlamağı tapşırıb.
“XİN bu və ya digər müqavilələrdə iştirakı davam etdirməyin məqsədyönlüyünü təhlil edib və hökuməti bu barədə məlumatlandırıb.
Biz bu istiqamətdə hökumətin mövqeyini çox diqqətli şəkildə formalaşdıracağıq. Habelə Ukrayna bundan sonra MDB-nin heç bir koordinasiya orqanlarında iştirak etməyəcək”, deyə Poroşenko bildirib. (oxu.az)