M.Cabbarov həmçinin, İsrail dövlətinin yaranmasının 70-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin İsrail xalqına təbriklərini çatdıraraq, İsrail və Azərbaycan xalqlarının dostluğunun tarixi köklərə malik olduğunu deyib:
“Azərbaycan uzun illər multikulturalizm üçün dayaq rolunu oynayıb. Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq. Yəhudi xalqı da heç vaxt antisemitizmə yer olmadığı Azərbaycanda özünü rahat hiss edib”.
Nazir eyni zamanda gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib və bildirib ki, ölkələr arasında hər il artan əmtəə dövriyyəsi bunun sübutudur.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.