Vaxt.Az

“Facebook”dan mühüm həmlə


 

Tanışlıq saytlarının bazarı öldü

“Facebook”dan mühüm həmlə “Facebook” online tanışlıq bazarına daxil olmaq və tənha insanlar üçün nəzərdə tutulan xidmət yaratmaq niyyətindədir.

Lent.az-a xəbər verir ki, bunu şirkətin rəhbəri Mark Zakerberq proqramçılar üçün təşkil olunan F8 konfransında elan edib.

M. Zakerberq bildirib ki, “Facebook”da özünü tənha sayan 200 milyon insan var və onlar üçün nəsə etmək lazımdır. O deyib ki, insanlar üçün ünsiyyət platforması yaradan bir şirkət üçün tanışlıq xidmətinin təşkili təbii sayılmalıdır. M.Zakerberq qeyd edib ki, yeni xidmət ciddi münasibətlər qurmaq istəyən insanlar üçün nəzərdə tutulub və yaxın vaxtlarda əlçatan olacaq 

“Facebook” rəhbərinin bəyanatından sonra online tanışlıq bazarının böyük oyunçularının səhmləri ciddi dəyər itirib. Tanışlıq üçün online xidmətlər və proqram əlavələrinin, o cümlədən “Tinder”in məxsus olduğu “Match Group Inc”in səhmlərinin dəyəri 23 faiz azalaraq 47,2 dollardan 36,7 dollara düşüb. “JDate” və “ChristianMingle” xidmətlərinin sahibi “Sparks Networks” şirkətinin səhmləri 7,3 faiz ucuzlaşıb.

“Atlantic Equities” analitiki Ceyms Kordell bildirib ki, tanışlıq xidmətinin açılması istifadəçilərin “Facebook”da daha çox vaxt keçirməsinə səbəb olacaq və rəqiblər üçün problem yaradacaq. Bundan başqa, M. Zakerberq “Facebook”da qrup yaradıcıları üçün imkanların genişləndiriləcəyini də açıqlayıb.

 





05.05.2018    çap et  çap et