Vaxt.Az

Nazir Türkiyəyə gedir


 

Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub

Nazir Türkiyəyə gedir Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da Türkiyənin İzmir şəhərinə səfər edəcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyədə keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar gününə qatılacaq.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan ordusunun yüzdən artıq hərbi qulluqçusu iştirak edir.

 





08.05.2018    çap et  çap et