Ərdoğanın sözlərinə görə, Gülən tərəfdarları bələdiyyə seçkiləri ərəfəsində antitəbliğat aparacaqlar.
Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb.
Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.
Ərdoğan qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: «Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var».
Baş nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi şantajdan istifadə etməklə idarə olunan ölkə deyil.
Türkiyədə bələdiyyə seçkiləri martın 30-da keçiriləcək.