Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib.
O bildirib ki, bu vəzifəyə Mirzə Əliyev təyin olunub.
M.Əliyev bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.
Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.