Vaxt.Az

Təyyarə qaçırmağa cəhd


 

Aeroportun dispetçerlərinə bildiriblər ki...

Təyyarə qaçırmağa cəhd İsveçrə səmasında «Ethiopian Airlines» şirkətinə məxsus sərnişin təyyarəsinin qaçırılması cəhdi olub. APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, pilotlar Cenevrə aeroportunun dispetçerlərinə bildiriblər ki, təyyarə naməlum şəxslər tərəfindən ələ keçirilib.

Bir müddət sonra Boeing 767-300 tipli təyyarə hava limanına məcburi eniş edib.

Hazırda hadisə yerində polis əməkdaşlarının işlədiyi bildirilir.

Hadisənin təfərrüatları hələlik açıqlanmır.

 

 





17.02.2014    çap et  çap et