Bu hadisənin üstündən xeyli müddət keçməsinə baxmayaraq, «Simurq» çempionatımızın «Topaz Premyer Liqası» adlandırılmasını deyəsən, həzm edə bilmir. Belə ki, «sarı-qaralar»ın oynadığı Zaqatala Şəhər Stadionunun konfrans zalını hələ də «Unibank»ın reklamları bəzəyir. Sizə təqdim etdiyimiz bu foto Topaz Premyer Liqasının 21-ci turunun «Simurq» - «İnter» oyunundan sonrakı mətbuat konfransı zamanı çəkilib. Zaqatala təmsilçinin çempionatın əvvəlki sponsoru olan bankın reklamlarını hələ də mətbuat konfransından yığışdırmamasının səbəbi çox maraqlıdır.