Vaxt.Az
Heydər Əliyev MTK yeni binada
İlham Əliyev və Mehriban Əliyeva Müasir Təhsil Kompleksinin binasının təmirdən sonrakı açılışında
Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını
bildirən lenti kəsiblər və burada yaradılan şəraitlə tanış olublar.
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya kompleksdə görülən işlər barədə məlumat verib.
15.05.2018 çap et