Vaxt.Az

“Məni sevindirən o oldu ki...”


 

Qurban Qurbanov ilk qələbəsindən danışdı

“Məni sevindirən o oldu ki...” Mayın 29-da yoldaşlıq oyununda Qırğızıstan millisini 3:0 hesabı ilə məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov oyundan sonrakı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Q.Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib: “İlk qələbəmiz idi. Bu qələbə çox vacib idi. Bu gün komanda tam optimal formada deyil. Nəticəni bir kənara qoyuram, məşqlərdə çox etdiyimiz hücumları gördüm. Bir az keyfiyyət çatışmırdı. Lakin futbolçuların məşqdə etdiklərini oyunda təkrarlaması məni razı saldı...

Məni sevindirən o oldu ki, standart vəziyyətdən iki qol vurduq. Fikrimcə, Millətlər Liqasında da həm standart vəziyyətlərdən qol vurmaq, həm də bu cür vəziyyətlərdə qol buraxmamaq əsasdır”.

Xatırladaq ki, dünən Bakının “Olimpiya” stadionunda Azərbaycanın futbol üzrə milli komandası Qırğızıstan yığması ilə yoldaşlıq matçı keçirib.

Oyun Qurban Qurbanovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 





29.05.2018    çap et  çap et