Vaxt.Az
Müsavatın müraciəti müzakirədə
Partiya 800-1000 nəfərlik yer istəyib
«Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərdiyi müraciət bizim şöbəyə daxil olub. Hazırda müraciətə baxılır». Bunu AzVsiion.az-a açıqlamasında BŞİH-in İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanlı deyib. O bildirib ki, müraciət ötən həftənin cümə günü müvafiq şöbəyə daxil olub.
Müsavata nə vaxt cavab veriləcəyinə
gəlincə isə Z.Ramazanlı deyib ki, bu, hələ məlum deyil.
Qeyd edək ki, Müsavat Partiyası ötən gün
qurultay üçün yer ayrılması ilə bağlı BŞİH-ə müraciət
ünvanlayıb. Müraciətdə partiyanın mayın 24-də keçirilməsi planlaşdırılan
qurultayı üçün 800-1000 nəfərlik müvafiq zal ayrılsın.
17.02.2014 çap et