“Asiya ilə Avropa arasında enerji ehtiyatlarının və malların yerdəyişməsi üçün yalnız üç yol mövcuddur – İran, Rusiya və Azərbaycan vasitəsilə. Qərblə Moskva və Tehran arasında əlaqələrin kəsildiyi müasir reallıqda yalnız bir həyat qabiliyyətli yol qalır – Xəzər dənizinin sahilindəki Azərbaycan vasitəsilə”, - məqalədə deyilir.
“Hazırda regionda Rusiyanı və İranı yan keçən və Azərbaycanda keçməklə üç vacib neft və qaz kəməri var – Bakı-Tiflis-Ceyhan – bu kəmər Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə gedir və oradan Aralıq dənizi ilə bütün dünyaya çatdırılır; Bakı-Supsa kəməri – bu kəmərlə neft Xəzərdən Qara dənizə və oradan da başqa ölkələrə çatdırılır; nəhayət, Cənub Qafqaz Kəməri – Azərbaycandan Türkiyəyə, oradan isə İtaliyaya və bütün Avropaya qaz nəql edəcək”, - məqalədə bildirilir.
Müəlliflərin fikrincə, bu qaz kəməri hazırda az qala 100% Rusiya təbii qazından asılı vəziyyətdə olan Şərqi Avropa ölkələri üçün zəruridir.
Məqalənin müəllifləri qeyd edirlər ki, Rusiya əlindən gələni edəcək ki, Qərb Azərbaycandan istifadə edə bilməsin və bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsindən istifadə edəcək. Belə ki, müəlliflərin sözlərinə görə, Xəzərin ehtiyatlarını Avropaya daşıyan boru kəmərlərinin əksəriyyəti münaqişənin ön mövqelərinin yaxınlığında yerləşir.
“Moskva bilir ki, istənilən iri zor partlayışı bu boru kəmərlərinin fəaliyyəti üçün təhlükəlidir. Rusiyanın Ermənistana təsir gücünü nəzərə alsaq, yeni hərbi əməliyyatlara başlanması çox vaxt aparmayacaq”, - məqalədə deyilir.
Müəlliflər əlavə edirlər ki, Ermənistanın yeni baş naziri Paşinyan vəziyyəti dəyişməyib və İrəvanın Moskvadan asılılığı azalmayıb.
“Moskva ilə İrəvanın əlaqələrinin gücünü nəzərə alaraq, ABŞ və Avropa Bakı ilə münasibətlərə önəm verməlidirlər. Qərb Ermənistanla da isti münasibətlər yaratmalıdır, amma ABŞ özünün strateji istiqamətlərinin müəyyənləşdirərkən diqqətli və realist olmalıdır”, - müəlliflər qeyd edir.